Ağdərədə mülki şəxs minaya düşüb (Yenilənib)

02.06.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
Reyting.az
xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.(Report)
***
Ağdərə rayonunda minaya düşən şəxsin ayağı kəsiləcək.
Reyting.az
xəbər verir ki, bu gün saat 20:30 radələrində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bildirilib ki, sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq.
Hazırda müvafiq şöbədə onun müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью