Ağdərədə POMZ minası TAPILDI

26.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdərə rayonunun Çardaqlı kəndində Tərtər çayı ətrafında icra edilən minatəmizləmə əməliyyatları zamanı PMN-Э minasının altında yerləşdirilmiş qəlpələnən POMZ minasına rast gəlinib.  
Bizim.Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. 
Məlumata görə, POMZ minası partlayan zaman ətrafa çoxsaylı qəlpələr yayaraq daha çox insanın xəsarət alması və ya həlak olmasına səbəb olur.
"Bu nümunə mina təhlükəsinin ciddiliyini və  təhlükəli ərazilərə müdaxilə zamanı gözlənilməz risklərin mövcud ola biləcəyini göstərir. Bu səbəbdən tanımadığınız ərazilərə daxil olmayın, naməlum əşyalara toxunmayın və təhlükəli hallarda aidiyyəti qurumlara (805, 102, 112) məlumat verin!" - Məlumatda qeyd edilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью