Ağdərədə qazi bıçaqlandı Həmyerlisi şübhəlidir+Foto

24.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb.

İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Hadisəyə səbəb onlar arasında baş verən mübahisə olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticəsindən asılı olaraq açıqlanacaq.

Ziya Əmirxanlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью