Ağdərədə restoranda turistlər zəhərlənib

02.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ağdərədə turistlər restoranda yeməkdən zəhərləniblər

Ağdərənin Heyvalı kəndində yerləşən “Heyvalı” restoranında yeməkdən zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Restoranda qidalanan bir qrup turist bir müddət sonra özlərini pis hiss edib.

Onlarda başgicəllənmə, ürəkbulanma və qusma əlamətləri müşahidə olunub.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью