Ağdərədə yanğın ərazisində partlayış oldu

21.08.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Ağdərə rayonunun mərkəzinə yaxın ərazidəki meşə massivində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yanğın olan ərazidə partlayış baş verib.
Nəticədə yanğınsöndürən Babək Zeynalov xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.
Hazırda yaralı Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.
Əraziyə FHN-nin yanğınsöndürən helikopterləri cəlb olunub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью