Ağdərədə yanğın törədən şəxslər SAXLANILDILAR

04.09.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью