Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb edilib

08.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ağdərədə yanğının baş verdiyi əraziyə helikopter cəlb olunub.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, gecə saatlarından yanğın Ağdərənin Suqovuşan kəndi yaxınlığında başlayıb.

Yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью