Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

16.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 mart, AZƏRTAC

İstismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla martın 16-19-da Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью