Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir FOTOLENT

28.12.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdərə rayonuna güclü qar yağıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da xidmətin balansında olan xüsusi texnikalar vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib. Yol infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr səpilib.

Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunub. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir. Hazırda aidiyyatlı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью