Ağdərədə yük maşını aşdı Sürücü ağır yaralandı

06.11.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью