Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “AEF Group” şirkəti Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evində təmir işləri aparacaq.
Məlum olub ki, müqavilənin maliyyə dəyəri 5 347 341,38 manatdır.
Bu isə o deməkdir ki, bir evin təmiri orta hesabla 54 564 manata başa gələcək.
Bir evin qeyd olunan məbləğə təmir edilməsi məsələsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Vətəndaşlar deyirlər ki, o məbləğə yeni ev tikmək olar. İşğaldan azad edilmiş ərazilərdə belə hallar barədə vaxtaşırı xəbərlər yayılır.
Vəsaitin şişirdilməsi, tikilən evlərin keyfiyyətsiz olması barədə müzakirələr gedir.
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, adıçəkilən şirkət ərazidə daha öncə də bir neçə tenderin qalibi olub.