AğdərəKəlbəcər yolunda ağır qəza 4 nəfər ÖLDÜ

30.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, "Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Qəzada həyatını itirənlərin Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu olduğu deyilir.

Zülfüqarov İlkin Qurban oğlu isə ağır vəziyyətdə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью