AğdərəKəlbəcər yolunda dəhşətli qəza 4 nəfər öldü

30.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az bu barədə "Report"a istinadən xəbər verir.

Qəza yolsuzluq avtomobilinin aşması nəticəsində baş verib.

Bildirilir ki, yolsuzluq avtomobilinin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью