Ağdərənin bir kəndində 1.5 milyon manatlıq layihəyə başlanılır

19.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün tədbirlər davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu tədbirlər Ağdərə rayonunda da həyata keçirilir.

Belə ki, rayonun Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinə başlanılır.

Məlumata görə, kəndin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri 1.5 milyon manata başa gələcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью