Ağdərəyə köçən sakin: Doğma kəndimiz köçkünlük illərinin ağrı acısını unutduracaq

06.03.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"40 illik yubileyimdə doğma kəndimə qayıtmaq məni daha da qürurlandırır".

Bu sözləri APA-ya açıqlamasında bu gün Ağdərə rayonunun Həsənirz kəndinə köç edən Elmir Paşayev deyib.

"Bunu bizə yadadan qəhrəman ordumuza, cənab Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - kənd sakini qeyd edib.

İllər sonra doğma yurda qayıdışın sevincini yaşayan həmsöhbətimiz keçmiş günlərin acısını bu torpaqlarda unudacağını bildirib: "Ömrümüzün sonuna qədər doğma kəndimizdə yaşayacağıq. Əlbəttə, bu bizə yaşadığımız köçkünlük illərinin ağrı-acısını unutduracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью