Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?

24.10.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna tərəfinə keçən rusiyalı agent rus zabitlərini izləyən bir şəbəkə yaratdı...

...Rusiyada Ukrayna agentlərinin şəbəkəsi fəaliyyət göstərir.

SİA bu barədə xarici saytlara istinad edir.

Deyilənlərə görə, məhz bu agentin sayəsində general Fanil Sərvarov 2025-ci ilin dekabrında aradan götürülüb.

Sual olunur: Rusiya ordusunun komandanlığı haqqında kəşfiyyat məlumatları toplayan agentlər şəbəkəsi necə işləyir?

...Yenə deyilənlərə görə, “Tomas” şəbəkəsi Rusiyanın top generallarını izləyən 30 nəfərdən ibarətdir.

Jurnalistlər Rusiya Federasiyası ərazisində xüsusi əməliyyatların təfərrüatlarını açıqlayan agentlə saatyarım davam edən söhbətin videosunu dərc ediblər.

Deməli, 2022-ci ildən Polşada yaşayan “Tom” dan başqa şəbəkə “İvan” adlandırılan başqa bir agent tərəfindən idarə olunur.

Gizli icmanın üzvləri Rusiya Federasiyasında, Ukraynada və bir neçə Avropa ölkəsində işləyirlər. Şəbəkə hərbi hissələrin, qərargahların, həmçinin strateji aviasiya generallarının və pilotlarının yaşayış yerləri haqqında məlumat toplayır. Materialda deyilir ki, agentlər Rusiya Silahlı Qüvvələrinin ali hərbi rəhbərliyinə qarşı cəhdlərdə iştirak etmirlər.

Bu arada Rusiyanın “Agentlik” KİV-i Moskvanın Ukraynaya qarşı müharibəsində baş verən hadisələrdən bəhs edən rusiyalı “Foma”nın Rusiya müxalifət kanallarının efirlərində çıxış etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı bu agentlərlə həqiqətən işlədiyini təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb. Agentlərin iştirak edə biləcəyi əməliyyatlar arasında 2024-cü ilin dekabrında general-leytenant İqor Kirilovun aradan götürülməsi, Rusiya Federasiyasının işğalının əvvəlində “siyasi qətllər” var.

Bundan əlavə, eyni agentlər, ehtimal ki, Rusiya Federasiyasındakı strateji hədəflərə pilotsuz təyyarələrin hücumlarını əlaqələndirirlər.

Və burada maraqlısı odur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həmsöhbətləri bu əməliyyatları rəsmən təsdiqləməyiblər..?

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью