Agenti açıqladı: Emmanuel Hakman Turan Tovuz dan ayrıla bilər

23.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Mövsümün sonunda "Turan Tovuz"la müqaviləsi başa çatacaq Emmanuel Hakmanın karyerasını davam etdirə biləcəyi ölkələrin adları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə futbol agenti və Toqo millisinin sabiq üzvü Guillaume Brenner Afrika mətbuatına müsahibəsində bildirib.
O, həmyerlisinin Körfəz ölkələrindən birində - Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və ya Qətərdə çıxış etmək ehtimalının olduğunu söyləyib: "Bu liqalar əhəmiyyətli dərəcədə yüksək maaşlar təklif edirlər".
Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ildən Tovuz təmsilçisinin formasını geyinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью