Agenti Batrakovun “Qalatasaray”dan ayrılıq iddialarına cavab verdi

09.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun agenti Vladimir Kuzmiçov futbolçunun qış transfer pəncərəsində Avropanın aparıcı klublarından birinə keçid ehtimalına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, agent YouTube-da yayımlanan açıqlamasında hazırda İstanbul klubundan ayrılmaq məqsədlərinin olmadığını deyib:

“Hazırda mütləq başqa kluba keçmək məqsədimiz yoxdur. Alekseyi necə qarşıladıqları, düşdüyü futbol ab-havası, azarkeşlər, rəhbərlikdən tutmuş tərəfdarlara qədər hər kəsin ona münasibəti möhtəşəmdir”.

Kuzmiçov Avropa nəhənglərinin Batrakovla maraqlanması barədə xəbərlərə də aydınlıq gətirib:

“Bizimlə heç kim əlaqə saxlamayıb. Bildiyimə görə, Avropanın aparıcı klublarından “Qalatasaray” rəhbərliyi ilə də əlaqə saxlayan olmayıb”.

Agent İstanbul klubunun futbolçunun müqaviləsindəki sərbəstqalma bəndini ləğv etmək istəməsi barədə məlumatların hələlik təsdiqlənmədiyini söyləyib:

“Bunlar hələlik yalnız jurnalistlərin dedikləridir. Bu mövzuda danışığımız olmayıb, “Qalatasaray” rəhbərliyindən heç bir təklif almamışıq. Ola bilsin, onların müəyyən fikirləri var. “Aston Villa” ilə oyuna səfərimiz planlaşdırılıb, rəhbərliklə də görüşəcəyik. Ancaq bu görüş xüsusi olaraq həmin məsələ ilə bağlı deyil”.

Qeyd edək ki, Batrakov 2026-cı ilin yayında “Qalatasaray”a keçib. Rusiyalı yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 13 matçda altı qol vurub və üç məhsuldar ötürmə verib. Onun müqaviləsindəki sərbəstqalma məbləği 55 milyon avrodur (təxminən 104,7 milyon manat).

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью