Agenti Neymarın ƏlHilal klubundan ayrılacağını təkzib edib

18.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliya millisinin hücumçusu Neymarın agenti Pini Zahavi futbolçunun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılacağını təkzib edib.

Xarici KİV xəbər verir ki, o, futbolçunun Braziliya təmsilçisi "Santos"a azad agent kimi qayıdacağı barədə danışıq aparılmadığını bildirib.

Agenti Neymarın "Əl-Hilal"la müqaviləsinin olduğunu və klubda özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Neymar 2023-cü ildə PSJ-dən (Fransa) Səudiyyə Ərəbistanı təmsilçisinə transfer olunub. O, cəmi 7 oyunda meydana çıxıb və bu müddətdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью