Agentlik 2025ci ildə ilk dərs günü tarixlərini açıqlayıb AZƏRTAC

23.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Beş günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsinin, 29 dekabrda cümə gününün, altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 2025-ci il yanvarın 6-sı, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə yanvarın 4-ü ilk iş günüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью