Agentlik: 2028ci ilə qədər illik turist sayının 4 milyona

14.12.2024

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır.
"2024-cü ildə Azərbaycana 24 519 kommersiya yönümlü uçuş həyata keçirilib ki, bu da əvvəlki dövrlə müqayisədə 18 % artım deməkdir. Eyni zamanda, yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumilikdə 2,49 milyard manatlıq əlavə dəyər yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 % artım təşkil edir".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью