Agentlik: 250 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb

30.01.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması” və “Xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi” tədbirlərinin icrası çərçivəsində məktəbəqədər təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin aparılmasına cəlb edilmiş ekspertlər üçün metodoloji dəstək məqsədilə təlimlər təşkil olunur.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən və ümumilikdə 20 ekspertin cəlb olunduğu təlimin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi üzrə tətbiq olunan şkala əsasında monitorinq prosesinin vahid yanaşma əsasında həyata keçirilməsini təmin etmək, müşahidə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, həmçinin ekspertlərin peşəkarlıq səviyyəsini artırmaqdır.

Cari il ərzində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 100 məktəbəqədər təhsil müəssisəsinin keyfiyyət monitorinqinə cəlb edilməsi planlaşdırılır. Aparılacaq monitorinqlər məktəbəqədər təhsildə tədris mühitinin, pedaqoji proseslərin və idarəetmə mexanizmlərinin keyfiyyətinin sistemli və obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, son 3 ildə həyata keçirilən keyfiyyət monitorinqlərinə ölkənin müxtəlif regionlarından 250 məktəbəqədər təhsil müəssisəsi cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью