Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, Agentlik bu məqsədələ 4 tender müsabiqəsi elan edib.
Dövlət Turizm Agentliyi:
Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 753 min 623 manat 43 qəpik;
Rusiya və Belarusdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 728 min 304 manat 20 qəpik;
Çin və Hindistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün 1 milyon 444 min 897 manat 34 qəpik;
Avstriya, İsveçrə və Almaniyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün isə 363 min 92 manat 26 qəpik vəsait ayırıb.
Elnur Əli