Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir

16.01.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Baku Electronics” MMC və digər şirkətlər haqqında rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə Teleqraf Dövlət Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, MMC-yə YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.
“Trust lux” MMC-yə "Y.A.Ş." əmtəə nişanlı məhsulların satışı zamanı yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.
Agentlik müvafiq göstərişi eyni zamanda “Master Milk” MMC barədə süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyini pozduğuna görə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью