Agentlik itlər üçün 87 min manatlıq aksesuar alır Daraq, əlcək, corab…

05.09.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi açıq tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, ANAMA-nın 86 min 549 manat 46 qəpik dəyərindəki tender müsabiqəsinin qalibi “Universal-RA” MMC (VÖEN - 1301581481) olub.
“Universal-RA” MMC ANAMA-ya itlər üçün aksesuarlar, baxım ləvazimatları (xalta, kəmər, top, daraq, əlcək, corab, su və yem qabı və s.) satacaq.
Məlumat üçün bildirək ki, ANAMA-ya it üçün aksesuarlar satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin  qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью