Agentlik rəhbəri: Azərbaycanda ümumi daxili məhsulda kreativ sənayenin payı 5,2 faizə çatıb AZƏRTAC

02.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ümumi daxili məhsulda (ÜDM) kreativ sənayenin payı getdikcə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dekabrın 2-də “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminarla əlaqədar keçirdiyi brifinqdə söyləyib.

Agentliyin rəhbəri qeyd edib ki, son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1 faizdən 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью