Agentlik rəhbərliyi ilə İctimai Şura üzvləri görüşüb

06.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin müxtəlif istiqamətlərinə dair təkliflər irəli sürüb, mövcud problemlərin müzakirəsi və həll yolları barədə fikir mübadiləsi aparıblar.

Nigar
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью