Agentlik Rəşad Həsənzadədən 114 min manata ofis icarəyə götürüb

01.02.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və bunun qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi əvvəlki illərdə də Rəşad Həsənzadə ilə analoji satınalma müqavilələri imzalayıb.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью