Agentlik rəsmiləri qalmaqallı məktəbə getdi

06.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью