Agentlik şayiələrə aydınlıq gətirdi

27.06.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

O qeyd edib ki, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib:

"Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью