Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Maliyyə departamentinin müdiri Şəms Qasımzadə vəzifəsindən azad olunub.
Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Ş. Qasımzadə sözügedən vəzifəyə ötən il, E. Məlikli isə cari ilin mayında təyin olunub.
Adıçəkilən vəzifələrə hələlik təyinat olmayıb.
Könül Vəliyeva