Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib. Onun sözlərinə görə, artan xəstəliklərin sayı ilə bağlı müvafiq qurumlara məlumat göndərilib.
Ramin Rzayev ötən il agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələr barədə də danışıb. Qeyd edib ki, bu layihələrdən biri kimi “e-sosial” mobil tətbiqi çərçivəsində istifadəyə verilən vahid rəqəmsal “Sənə özəl” platforması əlilliyi olan şəxslərin sosial həyata aktiv inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır:
"Platforma vasitəsilə rəqəmsal əlillik kartı (QR/barkod əsaslı identifikasiya), tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara (reabilitasiya sənədləri, arayışlar və s) vahid çıxış imkanları təmin olunur.
2025-ci ilin iyul ayında icrasına başlanan inklüziv layihə - “Səsiniz olaq” onlayn surdotərcümə xidməti isə ölkəmizdə ilk dəfədir tətbiq olunur. Eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin işarət dili bilməyən tərəflərə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edən bu layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi qiymətləndirilib və Avropa regionu üzrə inklüzivlik sahəsində uğurlu nümunələr sırasına daxil edilib. Layihə çərçivəsində 251 müraciət əsasında 143 surdotərcümə xidməti göstərilib".
AzVision.az
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Ramin Rzayev ötən il agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələr barədə də danışıb. Qeyd edib ki, bu layihələrdən biri kimi “e-sosial” mobil tətbiqi çərçivəsində istifadəyə verilən vahid rəqəmsal “Sənə özəl” platforması əlilliyi olan şəxslərin sosial həyata aktiv inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır: