Agentlik sədri köməkçisinə yeni VƏZİFƏ VERDİ

03.09.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Salman Hümbətov qurumun Statistika və hesabatlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin martında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevə iki müavin təyin olunub. Müvafiq əmrlərlə Fuad Məmmədov və Hüseyn Paşayev İdarə Heyətinin sədr müavinləri vəzifəsinə gətiriliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью