Agentlik sədri: “Nəticələr 2 il ərzində tədricən hiss olunacaq”

29.09.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində tullantı su və yağış suyu infrastrukturlarının mərhələli şəkildə yenidən qurulması və bir-birindən ayrılması nəzərdə tutulur”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. 

ADSEA sədri qeyd edib ki, proqram çərçivəsində həyata keçirilən layihələrin ilk nəticələrinin yaxın 2 il ərzində ayrı-ayrı ərazilərdə tədricən hiss olunması gözlənilir:

“Sonrakı mərhələlərdə yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun istifadəyə verilməsi ilə subasma riskinin daha da azaldılması nəzərdə tutulur. 2035-ci ilədək isə şəhərin yağış və tullantı su infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və intensiv yağıntılar zamanı yaranan risklərin əhəmiyyətli dərəcədə azaldılması əsas hədəflərdən biridir”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью