Agentlik sədri Nigar Əsgərovanı şöbə müdiri təyin etdi

24.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beynəlxalq əlaqələr və layihələr departamentində Xarici işəgötürənlərlə iş şöbəsi yaradılıb.

Nigar Əsgərova isə həmin şöbəyə müdir təyin olunub.

Qeyd edək ki, N.Əsgərova tarix üzrə fəlsəfə doktoru, dosentdir. O, daha əvvəl Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı olub.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью