Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır Ayda 8 285 manat ödəyəcək

24.11.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi yeni tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, Agentlik Şərqi Zəngəzur Regional Məşğulluq filialı üçün ofis sahəsi icarəyə götürmək istəyir.
Agentliyin icarəyə götürmək istədiyi ofisin sahəsi 450 kv. metr olmalıdır. Qurum 12 ay üçün icarəyə götürəcəyi ofisə 99 min 414 manat ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).
Rəqəmlərdən də göründüyü kimi, Agentlik Şərqi Zəngəzur fililalı üçün icarəyə götürəcəyi 450 kv. metr ofis üçün ayda 8 min 285 manat ödəmək istəyir.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Məşğulluq filialı hazırda Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27 ünvanında fəaliyyət göstərir. Filialın müdiri Cəfərzadə Hafiz Elşad oğludur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью