Agentlik sürücülərə müraciət edib

13.09.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Bakının 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

Bakının Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də saat 09:00-dan etibarən cari təmir işləri həyata keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

İşlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью