Agentlik UNEC in 48 minlik kitab almaq planına yox deyib

30.04.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Azərbaycan Dövlət İqtisad Universiteti” publik hüquqi şəxsin kitabların alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Məlumata görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 48 352 AZN olub. Ümumilikdə 190 kitabın alınması nəzərdə tutulurdu(pravda).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью