Agentlikdən gəmilərə xəbərdarlıq

20.01.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bununla bağlı Modern.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb  küləyi yanvarın 22-nə kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.  

Dalğanın hündürlüyünün isə 3.0-5.0 m. sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью