Agentliklə 10 manatlıq şirkət arasında sövdələşmə 3 milyonluq tender... | Icma.az
Icma.az, Reyting.az portalına istinadən məlumat verir. Dövlət turizm Agentliyi (DTA) növbəti tenderinə yekun vurub.
Reyting.az Tribuna.az-a istinadla xəbər verir ki, Agentlik Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatının keçirilməsi xidmətlərini satın aacaq.
Tenderin qalibi “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Şirkətlə bu məqsədlə 19 min 470 manatlıq müqavilə bağlanılıb.
Qeyd eddək ki, son bir ildə “VEGA TRAVEL MANAGEMENT” MMC DTA-nın 8 tenderinin qalibi olub.
Həmin tederlərdən ən bahalısı Çin, Hindistan və Yaponiyada təbliğat xidmətlərinin satın alınması olub ki, buna görə DTA şirkətə 1 milyon 435 min manat ödəniş edib.
Bildirək ki, sözügedən 8 tender üzrə ümumilikdə Turzim Agentliyi “VEGA TRAVEL MANAGEMENT” MMC-yə müxtəlif ölkələrdə təbliğat işlərinin qurulması və tədbirlərin keçirilməsinə 2 milyon 541 min 102 manat pul verib.
Yəni, bu tenderlərin toplam dəyəri qeyd olunan qədər olub. Vurğulayaq ki, bu 8 tender rəsmi tender saytında qeydə alınanlardır.
Lakin saytdan kənarda da bəzi məlumatlar var. Məsələn, Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnali
Tam oxu
Xəbəri oxu