Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Dövlət Turizm Agentliyinə Aparat rəhbəri təyin edilib.
Modern.az-ın məlumatına görə, sözügedən vəzifə Kənan Əliyevə tapşırılıb.
Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib.
2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.
2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.
2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.
2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb.