Agentliyin 20 min manata ofis icarəyə götürdüyü şəxs kimdir?

27.01.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərdi sahibkar Mirzəyev Almirzə Ayaz oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə icarə xidmətinin satın alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 20 930,28 manatdır. 

Agentlik bu məbləğə sahəsi 87,9 kvmetr olan ofis icarəyə götürəcək. 

İcarə müddəti bəlli deyil. Bu barədə heç bir qeyd yoxdur. Almirzə Mirzəyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью