Agentliyin əməkdaşı Xocavənddə minaya düşdü

20.10.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xocavənd rayonunda mina hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.
“Ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir”, - məlumatda deyilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью