Oxu.az saytına istinadən Icma.az xəbər verir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinə yeni müavin təyin ed
Oxu.Az xəbər verir ki, bu vəzifəyə Emil Hüseynli gətirilib.
O, 6 mart 2025-ci il tarixindən KOBİA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Emil Həsən oğlu Hüseynli 1975-ci ildə Bakı şəhərində anadan olub.
O, 1994-1995-ci illərdə Ədliyyə Nazirliyinin Xüsusi şöbəsinin müvəkkili, 1996-cı ildə Azərbaycan Dəmiryolu Qovşaq Avtobazası, 1997-1999-cu illərdə Qaradağ Rayonu İcra Hakimiyyəti Mənzil Komunal Təssərrüfat İstehsalat Birliyində, 102 saylı Təmir-Tikinti İdarəsində, Qaradağ əlvan metalların prokatı zavodunda müxtəlif vəzifələrdə çalışıb.
2005-2006-cı illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük mütəxəssisi vəzifəsində çalışıb.
2006-2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentində məsləhətçi, Sahibkarlığın inkişafı siyasəti şöbəsində müxtəlif vəzifələrdə işləyib.
2009-2017-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.