Agentliyin sədrinə yeni müavin TƏYİN EDİLDİ

11.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Modern.az-ın məlumatına görə, müvafiq əmr əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tərəfindən imzalanıb.

Nazirin müvafiq əmrinə əsasən İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью