Agentliyin yeni Aparat rəhbəri kimdir? DOSYE

25.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Əhməd Talıbov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparat rəhbəri təyin edilib.

"Bakupost" xəbər verir ki, Əhməd Rövşən oğlu Talıbov 1989-cu ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistr dərəcəsini alıb.

2012–2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi) Maliyyə-təsərrüfat şöbəsində çalışıb.

2013–2017-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2017–2023-cü illərdə “Prime Cotton” Məhdud Məsuliyyətli Cəmiyyətində maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini tutub.

2023–2026-cı illərdə sonuncu təyinatadək Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью