AGF daha bir zalı maliyyələşdirib

08.01.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Güləş Federasiyası (AGF) yerlərdə bu idman növünün tərəqqisi üçün silsilə tədbirləri davam etdirir.
2024-cü ildən federasiyanın inventar və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

L.QURBANOVA  
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью