AGF nin baş katibi: Yarışın tarixi Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür

11.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 11 noyabr, Cavid Əliyev, AZƏRTAC

Bu gün aerobika gimnastikası üzrə Avropa çempionatında final yarışları keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizədə Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatı barədə danışarkən deyib.

O, yarışın uğurla keçdiyini bildirib: “Üç gün ərzində gimnastların maraqlı çıxışlarını izlədik. Xaricdən gələn valideynləri burada görmək çox gözəl hissdir. Həqiqətən də tribunalarda yaxşı atmosfer var. Noyabrın 14-16-da eyni məkanda böyüklər arasında Avropa çempionatı təşkil olunacaq. Hər kəsi Gəncədə reallaşan aerobika gimnastikası üzrə Avropa çempionatını izləməyə dəvət edirik. Yeri gəlmişkən, nümayəndə heyəti Gəncə İdman Sarayında olan təşkilatçılıqdan razı qaldı. Biz uzun müddətdir bu turnirə hazırlaşırdıq. Yarışın tarixi Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür”.

Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью