AGF Trophy : Azərbaycan gimnastları daha dörd medal qazanıblar

30.03.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin son günündə daha dörd medal qazanıblar.

SİA xəbər verir ki, böyüklərin yarışında Zəhra Cəfərzadə topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni proqramda çıxış edən Kamilla Seyidzadə isə gümüş mükafata sahib çıxıb.

İlona Zeynalova halqalarda ikinci, Z.Cəfərzadə lentlərlə hərəkətlərin icrasında üçüncü yeri tutub.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью