AGF Trophy də növbəti medal

30.03.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanlı gimnast Şəms Ağahüseynova "AGF Trophy" beynəlxalq turnirinin final günündə ikinci medalını qazanıb.

Apasport.az xəbər verir ki, o, lentlə hərəkətlərin finalında 24.500 xal toplayıb və bürünc medal qazanıb.

Bu yarışda Fidan Qurbanlı dördüncü yeri tutub.

Akmaral Erikeşeva (Qazaxıstan) lentlə qızıl, Elene Bakradze (Gürcüstan) gümüş medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl Ağaqüseynova topla hərəkətdə üçüncü yeri tutub, yeniyetmələrdən ibarət qrup komandası isə beş halqa ilə yarışda gümüş medal qazanıb. Öz növbəsində Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə finalın qalibi olub.

Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar Gimnastımız Türkiyədə gümüş medal qazanıb Gimnastlarımız Türkiyəyə yollanıb Təmsilçilərimiz Dünya kubokunda iştirak edəcəklər Gimnastlarımız dünya kubokunda iştirak edəcəklər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью